Aleksey Baqa: “3 xala layiq idik”

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, belaruslu mütəxəssis 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İki gün öncə “Qarabağ”la matçda ağır məğlubiyyət almışdıq. Həmin oyunu nəzərə alsaq, komandam bu gün ən xoş sözlərə layiqdir. Görüşün sonları o qədər yaxşı olmadı. Çünki 3 xala layiq idik. Amma yekun belə alındı.

Bu komandaya gəlişimdən bəri ən yaxşı oyunumuzu göstərdik. Bunu paltardəyişmə otağında futbolçulara da dedim. Rəqib kifayət qədər ciddi komandadır. Avrokuboklar və yuxarı yerlər uğrunda mübarizə aparırdı. Xırda problemlərə baxmayaraq, komandam ən yaxşı sözlərə layiqidr. Turnir cədvəlindəki vəziyyətimiz bəllidir. Mövqeyimizə baxsaq, nəyin yaxşı, nəyin pis olması barədə danışmaq yersiz olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button