“Aleksandriya”dan Mustafayevsiz qələbə

Futbol üzrə Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Krivbas”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.

Mustafayev bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.

“Aleksandriya” 8 turdan sonra 13 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button