Mustafayevsiz “Aleksandriya” səfərdən xalsız döndü

Futbol üzrə Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dnepr”lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:3.

Mustafayev bu görüşün iştirakçısı olmayıb. Zədədən əziyyət çəkən Emilin adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Aleksandriya” 15 turdan sonra 23 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button