Aleksandr Rıbka yenidən Bakıda
Uzun müddət idi zədədən əziyyət çəkən Aleksandr Rıbka nəhayət, bu gün “Səbail”in düşərgəsinə qayıdıb.
Komanda.az xəbər verir ki, ötən mövsümün sonunda ağır zədə alan qolkiper həmin dövrdən müalicəsini Ukraynada davam etdirirdi.
Bu gün isə 32 yaşlı futbolçu Bakıya dönüb. O, “Səbail”in düşərgəsinə baş çəkib, baş məşqçi Aftandil Hacıyev və komanda yoldaşları ilə görüşüb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Rıbka yaxın zamanda komanda ilə birgə bərpa məşqlərə başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin