“Premyer Liqada uğur qazanmaq üçün sabit olmalısan”

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold “ən çox hansı kuboku qazandığın zaman sevinmisən” sualına cavab verib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Premyer Liqada çempionluq titulunu qazanmağın daha çətin olduğunu bildirib:

“Çətin sualdır. Çempionlar Liqasının finalında qələbə ilə məğlubiyyət arasında fərq böyükdür. Premyer Liqada çempionluq titulunu qazanmaq daha çətindir, çünki onun uğrunda mübarizə bütün mövsüm davam edir. Premyer Liqada uğur qazanmaq üçün sabit olmalısan.

İngiltərə çempionluğunu qazanmaq bizim üçün daha çətin oldu. Amma deyərdim ki, Çempionlar Liqasını qazandığımız anda emosiya başqa səviyyədə idi. Divok Origi qol vuranda (Çempionlar Liqasının finalında, “Tottenhem”lə oyunda 2-ci qol) futbolda keçirdiyim ən yaxşı hissi yaşadım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button