Yeni transferin “Real”da təqdimat mərasiminin vaxtı bəlli olub

İngiltərəli müdafiəçi Trent Aleksander-Arnold “Real”da təqdimat mərasiminə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu yeni gələn futbolçunu bu həftə təqdim edəcək. Mərasimin iyunun 11-də “Santyaqo Bernabeu” stadionunda baş tutması planlaşdırılıb.

Aleksander-Arnold “Liverpul”dan “Real”a keçib. 26 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasının son mövsümündə 33 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button