“Liverpul”un müdafiəçisi qərarsızdır
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold klubu ilə müqaviləni yeniləyib-yeniləməyəcəyinə hələ qərar verməyib.
Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu “qırmızılar”ın gələcəkdə böyük kuboklar uğrunda mübarizə aparmağa qadir olduğunu görsə, müqaviləsini uzadacaq.
Daha əvvəl Aleksander-Arnold “Liverpul”un kapitanı olmaq arzusunda olduğunu, lakin hələ klubla yeni müqavilə imzalamağa tələsmədiyini demişdi.
25 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 5 matç keçirib, 1 məhsuldar ötürmə edib. Onun oktyabrda 26 yaşı tamam olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin