Aleks məşqçiliyə başladı

Futbol üzrə Braziliya yığmasının və “Fənərbaxça”nın sabiq yarımmüdafiəçisi Aleks de Souza məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə o, “Tvitter” səhifəsində məlumat paylaşıb.

43 yaşlı braziliyalı, ölkəsinin “San-Paulo” klubu ilə müqavilə imzalayıb. Aleks klubun U-20 komandasının baş məşqçisi təyin olunub.

Qeyd edək ki, 2004-12-ci illər aralığında “Fənərbaxça”da oynamış məşhur oyunçu 2015-ci ildə futbolçu karyerasını başa vurub. O, Türkiyə klubunda keçirdiyi 9 mövsüm ərzində 344 oyuna çıxıb, 171 qola imza atıb, 147 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button