“Aldığım təklif məni heyran etdi” – “Qalatasaray”ın yeni transferi
“Milan”dan “Qalatasaray”a keçən hücumçu Alvaro Morata fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu aldığı təklifin onu heyran etdiyini bildirib:
“Aldığım təklif məni heyran etdi. Gəlməmişdən əvvəl “Qalatasaray” azarkeşlərinin videolarına baxdım və onları görmək üçün səbirsizlənirdim. Məni salamlamağa gələn hər kəsə təşəkkürümü bildirirəm. Klubun formasını geyinərkən hər şeyimi verəcəm. Ümid edirəm ki, çempionatda, kubokda və Avropa Liqasında uğur qazana biləcəyik. Mən yeni komanda yoldaşlarıma qoşulmağı və onlara kömək etməyi səbirsizliklə gözləyirəm”.
Moratanın “Qalatasaray”ın oyunçusu kimi təqdimatı dünən baş tutub. İstanbullular 32 yaşlı futbolçunu almaq şərti ilə bir illik icarəyə götürüb.
Bizi Facebook-da izləyin