
“Albaniyaya fərdi səhvlərdən uduzduq” – Azərbaycan millisinin baş məşqçisi
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev Avropa çempionatının 2-ci seçmə mərhələsi çərçivəsində Albaniyada keçirdikləri oyunlar haqda danışıb.
Komanda.az xəbər verir ki, mütəxəssis AFFA-nın saytına açıqlamasında komandasının əlindən gələni etdiyini deyib:
“İlk rəqibimiz Şimali İrlandiya çox güclü komanda idi. Onlar qrupdakı hər üç oyunda böyükhesablı qələbə qazandılar. Albaniya və Monteneqro isə təxminən bərabər gücdə idilər. İlk matçdan sonra komandamızda bir az yorğunluq yaranmışdı. İkinci görüşdə fərdi səhvlərdən Albaniyaya uduzduq. Monteneqro ilə görüşdə komandamız istədiyimiz formaya çatmışdı. Qrupumuzda ikinci yeri tutan Monteneqronu məğlub edə bilərdik. Ancaq yüz faizlik qol imkanlarını əldən verdik. Bu oyunlar komandamız üçün yaxşı təcrübə oldu. Qızlar əllərindən gələni etdilər”.
U-19 millisi B Liqasının 4-cü qrupunda Şimali İrlandiya (0:4), Albaniya (0:4) və Monteneqro (1:2) yığmaları ilə mübarizə aparıb.
Bizi Facebook-da izləyin