Sevgilisini döyən hücumçu həbs olundu – adı “Neftçi” ilə hallanırdı

Albaniyanın “Partizani” klubunun futbolçusu Teofilus Solomon həbs olunub.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu küçədə sevgilisini döydüyü üçün polis tərəfindən saxlanılıb. Bu barədə “Panorama Sport” nəşri məlumat yayıb.

Bir neçə gündür həbsxanada olan Solomon apellyasiya şikayəti verib. Məhkəmə hücumçunun şikayətini qismən təmin edib və o, təzminatı ödədikdən sonra ev dustaqlığına buraxılacaq.

Solomon 300 min avro məbləğində cərimələnib və o, bu pulu beş gün ərzində ödəməlidir.

Nigeriyalı hücumçu bu mövsüm “Partizani”də 17 oyuna 5 qol vurub. Solomonun adı qış transfer pəncərəsi dövründə “Neftçi” ilə hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button