Albaniyalı futbolçu Avropa çempionatları tarixinin ən erkən qolunu vurdu

Albaniya millisinin üzvü Nedim Bayrami futbol üzrə Avropa çempionatlarının tarixinə düşüb.

Komanda.az xəbər verir ki, 22-ci saniyədə İtaliya millisinin qapısına yol tapan 25 yaşlı futbolçu Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb.

Yarımmüdafiəçi AÇ-2004-də 65-ci saniyədə fərqlənən rusiyalı Dmitri Kiriçenkonun rekordunu yeniləyib.

Qarşılaşmanın yekununda albanlar 1:2 hesabıyla məğlub olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button