Albaniya yığmasının üzvü İtaliyada klubunun dəyişdi

İtaliyanın “Torino” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi SPAL-ın qapıçısı Etrit Berişanı heyətinə qatıb.

Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Albaniya yığmasının da üzvü olan qolkiperlə 3 illik müqavilə imzalanıb.

Etrit Berişa 2019-cu ildən SPAL-ın uğurları üçün çalışırdı. 32 yaşlı qolkiper əvvəllər “Atalanta”, “Latsio” və “Kalmar” klublarında da forma geyinib.

Təcrübəli qolkiper Albaniya yığmasında 66 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button