
Albaniya millisinin üzvü “Torino”da – Rəsmi
“İnter”in yarımmüdafiəçisi Kristian Aslani “Torino”ya icarəyə verilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 23 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb və müqavilədə satınalma hüququ da nəzərdə tutulub.
Əvvəlki məlumatlara görə, icarənin dəyəri 1,5 milyon avro, satınalma hüququ isə 12 milyon avro təşkil edir.
Albaniya millisinin üzvü ötən mövsüm İtaliya çempionatında 22 oyuna çıxıb, 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



