De Byazinin diplomatik pasportu ləğv olundu
Albaniya hökuməti Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin diplomatik pasportunu ləğv edib.
Komanda.az xəbər verir ki, bu barədə “tiranapost.net” saytı məlumat yayıb. De Byazi iyula qədər diplomatik pasportunu Albaniya hökumətinə təhvil verməlidir. İtalyan mütəxəssis, “Sport News” nəşrinə açıqlamasında bu qərara münasibət bildirib:
“Diplomatik pasportumun ləğvi ilə bağlı mənə məlumat verildi. Ancaq rəsmi qərar yoxdur, bunu jurnalistlərdən eşitmişəm. Albaniya hökumətinin bu qərarını başa düşə bilmirəm. Məlumat düzdürsə, mənə absurd bir şey kimi görünür. Qaydalara görə, pasport 5 illik verilir. Ancaq indi sanki hədiyyəni verib, daha sonra geri istəyirsən. Ümid edirəm ki, məlumatlar doğru deyil”.
De Byazi 2011-2017-ci illərdə Albaniya millisində baş məşqçilik edib. O, Albaniyanı AÇ-2016-nın final mərhələsinə çıxarmasından sonra ona ölkənin diplomatik pasportu verilib.
De Byazi 2020-ci ilin iyulundan Azərbaycan yığmasını çalışdırır.
Bizi Facebook-da izləyin