Alba narazıdır
“Barselona”nın müdafiəçisi Jordi Alba komandadakı mövqeyindən narazıdır.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu komandanın əsas heyətinə düşməyə çətinlik çəksə də, təslim olmaq fikrində deyil. Alba motivasiyalıdır və Kataloniya komandasının əsas heyətinə qayıtmaq istəyir.
Müdafiəçi müqaviləsinin sonuna qədər “Barsa”da qalmaq niyyətindədir. Eyni zamanda, Alba “Barsa” rəhbərliyinin ona olan münasibətini bəyənmir. O hesab edir ki, kluba lazım olanda maaşının azaldılmasına razı olsa da, indi bunun qarşılığını görmür.
Albanın klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm o, bütün turnirlərdə 4 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin