İtaliya klubu Albanı transfer etmək istəyir – Özü də pulsuz

“Napoli” qış transfer pəncərəsində “Barselona”nın müdafiəçisi Jordi Albanı transfer etmək istəyir.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, neapollular ispaniyalı futbolçunu pulsuz əldə etmək istəyirlər. 

Eyni zamanda, Albanın potensial transferi “Napoli”nin hazırkı sol cinah müdafiəçiləri – Mario Rui və Matias Oliveyranın gələcəyinə təsir etməyəcək.

Albanın “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm 33 yaşlı müdafiəçi 11 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button