“İnter Mayami” ispan futbolçu ilə razılığa gəlib

Müdafiəçi Jordi Alba “İnter Mayami”də oynamağa davam edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ABŞ klubu ilə yeni müqavilə bağlayıb. Tərəflər arasında müqavilə gələn ilin sonuna qədər nəzərdə tutulub.

Alba 2023/24 mövsümündə 31 matçda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.

“İnter Mayami” MLS-in pley-off mərhələsinin ilk raundunda “Atlanta Yunayted”ə sensasiyalı şəkildə məğlub olaraq, mübarizədən kənarlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button