“Alanyaspor” “Eyüpspor”a məğlub oldu
Türkiyə Super Liqasında 3-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son günündə bir oyun baş tutub.
“Eyüpspor” evdə qarşılaşdığı “Alanyaspor”u çətinliklə də olsa, məğlub edib.
Bu turun “Konyaspor” – “Beşiktaş”, “Rizəspor” – “Başakşəhər” və “Samsunspor” – “Kasımpaşa” oyunları təxirə salınıb.
Hazırda “Qalatasaray” və “Trabzonspor”un 9 xalı varsa, “Göztəpə” 7, “Konyaspor”, “Samsunspor” və “Antalyaspor” 6 xal toplayıb.
Türkiyə Super Liqası
3-cü tur
22 avqust
Karagümrük – Göztəpə 0:2
Qollar: Olaitan, 40. Janderson, 65.
23 avqust
Fənərbağça – Kocaelispor 3:1
Qollar: Şkrinyar, 5. Braun, 51. Talişka, 66 – Petkoviç, 22.
Qaziantep – Gənclərbirliyi 2:1
Qollar: Soresku, 44. Maksim, 90+5-pen – Zuzek, 8.
24 avqust
Trabzonspor – Antalyaspor 1:0
Qol: Saviç, 38.
Kayserispor – Qalatasaray 0:4
Qollar: E.Elmalı, 36; 46. Osimhen, 86. Sane, 90+3.
25 avqust
Eyüpspor – Alanyaspor 2:1
Qollar: Seslar, 1. Ampem, 68 – Haderqyonay, 67-pen.
Bizi Facebook-da izləyin



