“Bəlkə də, Sautqeyt düşünəcək ki, artıq başqası üçün vaxt çatıb” – Keçmiş futbolçu

“Nyukasl”ın keçmiş hücumçusu Alan Şirer İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt haqda danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Avropa çempionatının final oyununda İspaniya yığmasına məğlubiyyətə görə (1:2) məyus olduqlarını bildirib:

“Mən bu matçın Sautqeyt üçün sonuncu ola biləcəyindən şübhələnirəm. Hamımız məyus olduq. Bəli, daha gözəl futbol oynaya bilərdik, daha çox hücuma keçə bilərdik, amma İngiltərə yenə də finala yüksəldi. Bu qədər yaxınlaşırsansa, xətti keçməlisən. Amma reallıq ondan ibarətdir ki, Sautqeytin rəhbərliyi altında iki dəfə Avropa çempionatının finala yüksəldik. İki dəfə finala çıxdıq, amma qalib gəlmədik. Bu, onu incidəcək və bəlkə də, Sautqeyt düşünəcək ki, artıq başqası üçün vaxt çatıb”.

Sautqeyt tarixdə ardıcıl iki dəfə Avropa çempionatının finalında məğlub olan ilk mütəxəssis olub. Onun komandası həm də, ardıcıl ikinci dəfə turnirin finalında məğlub olan ilk komanda olub. İngiltərə yığması 2021-ci ildə Avropa çempionatının final oyununda İtaliya millisinə uduzmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button