“Real” icarədə olan futbolçusunun qiymətini açıqladı

İcarə əsasında “Arsenal”da çıxış edən “Real”ın futbolçusu Dani Sebalyos İngiltərədə qalacaq.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular” 24 yaşlı futbolçunun transfer hüquqlarını almaq niyyətindədir. “Real” da Sebalyosun komandadan birdəfəlik ayrılmasına müsbət yanaşır. Madrid klubu futbolçunun transfer qiymətini də açıqlayıb. “Arsenal” Sebalyosu birdəfəlik transfer etmək üçün 22 milyon funt-sterlinq ödəməlidir.

Sebalyos cari mövsümün əvvəlindən “Arsenal”da çıxış edir və onun icarə müqaviləsi bu ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button