Alabanın “Bavariya”dan tələbi məlum oldu
“Bavariya”nın futbolçusu David Alaba ilə yeni müqavilə üçün danışıqlar apardığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, tərəflərin razılaşmamasına əsas səbəb Alabanın maliyyə şərtləridir. Belə ki, 28 yaşlı futbolçu, yeni müqavilə ilə illik 20 milyon avro məvacib tələb edir. Futbolçunun Münhen klubunda qalmaq niyyətində olduğu, lakin Robert Levandovski, Tomas Müllerlə eyni məvacib almaq istədiyi bildirilir.
Alaba “Bavariya”nın bu şərti qəbul edəcəyi halda müqaviləsinin müddətini uzatmağa və karyerasını Münhen klubunda bitirməyə razı olacaq.
Alaba 2010-cu ildən “Bavariya”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin