“Real”ın futbolçusu yenə sıradan çıxdı
“Real” növbəti dəfə David Alabanı itirib.
Komanda.az “kral klubu”nun mətbuat xidmətinə istinadən xəbər verir ki, avstriyalı müdafiəçi yeni zədə alıb.
Alabaya sağ budunun adduktor əzələsinin zədələnməsi diaqnozu qoyulub. O, yaxın vaxtlarda yenidən tibbi müayinədən keçəcək və onun nəticələri, sağalma müddəti müəyyən ediləcək. Alaba daha əvvəl də zədələnməsinə görə uzun Madrid klubunun sıralarından kənarda qalıb.
32 yaşlı futbolçu 2024-cü ilin sonunda əsas qrupa qayıtmışdı. Alaba 2021-ci ilin yayından “Real”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin