Alaba tarixə düşdü
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Çelsi” – “Real” oyunu İspaniya klubunun müdafiəçisi David Alaba üçün rekordla əlamətdar olub.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Real”ın səfərdə 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Alaba turnirdə 100-cü oyununu keçirib. 30 yaşlı futbolçu Çempionlar Liqasında 100 oyun keçirən ilk avstriyalı kimi tarixə düşüb.
Alabanın iştirak etdiyi 100 oyunun 70-i qələbə ilə nəticələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin