Alaba “Real”ı Səudiyyə Ərəbistanı klubuna dəyişə bilər

David Alaba “Real”ı tərk edərək karyerasını başqa çempionatda davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, avstriyalı müdafiəçinin xidmətində Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

32 yaşlı Alabanın “Real”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 10 milyon avro qiymətləndirir.

Alaba son zamanlar zədələrə meyllidir və buna görə də meydanda az vaxt keçirir. O, İspaniya çempionatının cari mövsümündə 5 oyun keçirib, bir dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button