
Alaba haqqında yayılan xəbərləri təkzib etdi
“Real”ın müdafiəçisi David Alaba klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu sosial şəbəkədə paylaşdığı açıqlamada şayiələrə diqqət yetirmədiyini deyib:
“Futbol karyeram uzun müddət davam edəcək. Şayiələr bu idman növünün ayrılmaz hissəsidir. Amma mən onlara diqqət yetirmirəm. Yalnız gülümsəyə bilərəm, çünki bunların heç biri doğru deyil”.
Avstiyalı futbolçuya “Fənərbaxça” maraq göstərirdi. O, 2021-ci ildən “Real”ın şərəfini qoruyur və klubla müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



