
272 oyun, 200-cü qələbə
“Bavariya” Almaniya Bundesliqasının 7-ci turu çərçivəsində “Borussiya”ya (Dortmund) 3:2 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, bu qələbə David Alabanın 200-cü Bundesliqa qələbəsi olub. 28 yaşlı müdafiəçi bu göstəriciyə ən tez çatan futbolçu olaraq rekord qırıb. Belə ki, Alaba 200-cü qələbəyə 272 oyunda çatıb.
2010-cu ildən Münhen klubunun şərəfini qoruyan müdafiəçinin müqaviləsi cari mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin