“Real”ın zədəli futbolçusu AÇ-2024-də oynaya bilər

“Real”ın müdafiəçisi David Alaba ön çarpaz bağın yırtılmasından gözləniləndən tez sağalmağı planlaşdırır.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun AÇ-2024-də oynayacağı gözlənilir. Bildirilib ki, Alaba bərpa dövründə yorulmadan çalışır, əzələlərini gücləndirmək üçün hovuzda çoxlu vaxt keçirir. Əvvəlcə həkimlər Alabanın qarşıdakı Avropa çempionatında oynama ehtimalını istisna etsə də, indi futbolçunun belə şansı var.

Alaba 2021-ci ildən “Real”da oynayır. O, 2009-cu ildən Avstriya millisində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button