Mourinyo: “Roma”dan daha nə tələb edəcəyimi bilmirəm”

“Roma”nın çalışdırıcısı Joze Mourinyo Avropa Liqasının yarımfinalının “Bayer”lə (Leverkuzen) cavab matçı haqda (0:0) fikir bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının xüsusi bir şeyə layiq olduğunu deyib:

“Roma”dan daha nə tələb edəcəyimi bilmirəm, amma futbolçularım xüsusi bir şeyə layiqdirlər. Klubun tarixinə keçmişəm? Mən peşəkar şəkildə inkişaf etmək üçün oyunçularıma kömək etmək haqda düşünürəm. Onlar həmişə gözəl oynasınlar və azarkeşləri sevindirsinlər. Finala çıxdığımız üçün çox şadıq”.

İki oyunun nəticəsinə əsasən, “canavarlar” “Bayer”i məğlub edib və finala çıxıb. Onlar həlledici qarşılaşmada “Sevilya” ilə qarşılaşacaq.

Avropa Liqasının final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button