AL: “Qarabağ”ın sabiq üzvü ikinci oldu

UEFA Avropa Liqasında 2022/23 mövsümünün yekun statistik göstəriciləri açıqlanıb.

Komanda.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qış transfer dönəmində Ağdam təmsilçisini Macarıstan “Ferentsvaroş”una dəyişən Kvabena Ovusu turnirdə qapıya ən çox zərbə vuran oyunçuların siyahısında yer alıb.

26 yaşlı forvard “köhlən atlar”ın heyətində qrupdakı 6 qarşılaşmada 14 dəfə bunu bacarıb və siyahıda ikinci pillədə qərarlaşıb.

“Mançester Yunayted”in hücumçusu Markus Reşford (17) bu göstəricidə birinci olub. “Roma”dan Lorentso Pelleqrini, “Union”dan (Berlin) Şeraldo Bekker (hər ikisi 12) 3-4-cü sıraları bölüşdürürlər.

Kvabena Ovusu başa çatan mövsümdə UEFA Avropa Liqasının qrup mərhələsində 3 qolla yadda qalıb.

“Sevilya” “Roma”nı əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan final görüşünün penaltilər seriyasında məğlub edərək tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button