“Bizə iki qol vuracağımızı söyləsəydilər, inanmazdıq”
“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar UEFA Avropa Liqasının 1/4 finalının “Mançester Yunayted”lə oyunundan sonra (2:2) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ikinci hissədə yaxşı oynadıqlarını deyib:
“Fasilədən sonra yaxşı oynadıq. Rəqibin oyununa nəzarət edə bildik, amma bizə iki qol vuracağımızı söyləsəydilər, inanmazdıq.
Hər şey fasilə zamanı futbolçulara dediyim kimi oldu: bir qol bizi yenidən matça qaytaracaqdı. Kifayət qədər yaxşı oynadıq və şanslarımızdan istifadə etdik”.
“Sevilya” – “Mançester Yunayted” cütünün cavab qarşılaşması aprelin 20-də, İspaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin