AL: Həftənin futbolçusu adına namizədlər müəyyənləşdi
UEFA Avropa Liqasının final oyunundan sonra həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər turnirin finalında “İnter”ə 3:2 hesabı ilə qalib gələn “Sevilya”nın futbolçularıdır. Ən yaxşı futbolçu adına Luk de Yonq, Ever Baneqa, Xesus Navas və Jul Kunde namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin