Alleqri: “Asan qələbə qazanmadıq”
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri UEFA Avropa Liqasının 1/4 finalının “Sportinq”lə görüşündən sonra (1:0) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Lissabon təmsilçisinin təzyiq göstərdiyini, asan qələbə qazanmadıqlarını deyib:
“Səhvlərimiz oldu. Fasilədən sonra üç yarımmüdafiəçi ilə daha yaxşı oynadıq. Bu, meydanda daha rahat oynamağımıza səbəb oldu. Rəqib çox ciddi təzyiq göstərdi. Yaxşı oynadıq, asan qələbə qazanmadıq”.
“Sportinq” – “Yuventus” cütünün cavab qarşılaşması aprelin 20-də, Portuqaliyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin