AL: “Bu gecə bizim üçün pis keçdi” – Eriksen

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə cavab matçını (0:3) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, soyuqqanlı çıxış etmədiklərini söyləyib:

“İlk dəqiqələrdən etibarən, həqiqətən, diqqətimizi oyuna yönəldə bilmədik və rəqib üçün şanslar yaratdıq. Soyuqqanlı çıxış etmədik. Tez-tez səhvlərə yol verdik. Nəticədə, uduzduq.

Həyatda həm yaxşı günlər olur, həm də pis günlər. Bu gecə bizim üçün pis keçdi. Hər bir futbolçu səhv edə bilər. Rəqib bizi dərhal cəzalandırdı. Qələbə qazanmaq üçün kifayət qədər güclü deyildik”.

İki oyunun nəticəsinə əsasən, “qırmızı şeytanlar” La Liqa klubuna 2:5 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.

Növbəti mərhələdə “Sevilya”nın rəqibi “Yuventus” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button