
“Qalatasaray”ın baş məşqçisindən adı “Spartak”la hallanan futbolçu haqda açıqlama
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Spartak”a keçməyə razılıq verdiyi deyilən yarımmüdafiəçi Kərəm Aktürkoğlunu klubda saxlamaq istədiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, türkiyəli futbolçunun onun istəyinə uyğun oyunçu olduğunu söyləyib:
“Aktürkoğlunun karyerasını burada davam etdirməsini istəyirəm. O, meydandakı çıxışı ilə mənim istəyimi dəstəkləyir”.
Daha əvvəl mətbuatda yarımmüdafiəçinin Moskva klubunda maaşının ildə 3 milyon avro ola biləcəyi və bu da onu komandanın ən çox maaş alan oyunçusu edəcəyi barədə məlumatlar ortaya çıxıb.
25 yaşlı futbolçunun “Qalatasaray”la 2026-cı ilin iyununa qədər olan müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin