Agent təsdiqlədi: Aktürkoğlu “Spartak”a keçməyəcək

“Qalatasaray”ın cinah oyunçusu Kərəm Aktürkoğlunun agenti Vilyam DAvila yenidən futbolçunun “Spartak”a (Moskva) mümkün transferindən danışıb.

Komanda.az “Match TV”-yə istinadən xəbər verir ki, agent bu transferin baş tutmayacağını bildirib.

Daha əvvəl “Spartak”ın türkiyəli futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı barədə məlumatlar yayılıb.

25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə iki oyunda iştirak edib və qol vurmayıb. Onun “Qalatasaray”la müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button