Aktürkoğlu Rusiyaya gedə bilər – Daha yaxşı təklif almasa

“Qalatasaray”ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlu yay transfer pəncərəsində Moskva “Spartak”ına keçə bilər.

Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, türk futbolçu Avropadan daha yaxşı təklif almadığı halda “qırmızı-ağlar”ın düşərgəsinə transferə razılıq verə bilər.

Daha əvvəl tərəflər arasında transfer dəyərinin 12 milyon avro olduğu bildirilirdi. Aktürkoğlu Moskva klubunda ilə 3-4 milyon avro qazanmaq istəyir.

25 yaşlı futbolçu ötən mövsüm 54 matçda iştirak edib, 15 qol vurub və 9 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button