Niderlandlı müdafiəçi “Mançester Siti”ni tərk edə bilər

“Mançester Siti”nin müdafiəçisi Natan Ake qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, niderlandlı oyunçu ilə “Nottingem Forest”, “Everton” və “Tottenhem” maraqlanır.

30 yaşlı futbolçunun yayda da komandadan ayrılması gündəmdə idi, ancaq o, “şəhərlilər”də qaldı.

“Transfermarkt” Akenin dəyərini 25 milyon avro olaraq qiymətləndirir. O, “Mançester Siti”yə 2020-ci ildə qoşulub və bu mövsüm Pep Qvardiolanın rəhbərliyi altında bir oyunda iştirak edib.

Natan Akenin “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button