![](https://komanda.az/wp-content/uploads/2022/09/akanci.jpg)
“Mançester Siti”nin müdafiəçisi üçün mövsüm bitdi
“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji cari mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçrəli futbolçu yaxın bir neçə ayda “şəhərlilər”ə kömək etməyəcək. Üstəlik, o, mövsümün qalan hissəsini buraxacaq.
Akanji UEFA Çempionlar Liqasının son oyununda – “Real”la matçda (2:3) zədələnmişdi.
29 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib. Onun komandası fevralın 15-də, İngiltərə çempionatının 25-ci turunda “Nyukasl”ı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin