AKAF Türkiyənin 2 federasiyası ilə əməkdaşlıq memorandumu imzalayıb
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə həm Türkiyə Kanoe Federasiyası (TKF), həm də Türkiyə Avarçəkmə Federasiyası (TAF) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Komanda.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AKAF-ın mətbuat katibi Vüsal Qurbanov məlumat yayıb.
O bildirib ki, federasiyalar arasında təcrübə mübadiləsinin aparılması gələcəkdə idmançıların birlikdə məşqlər keçməsinə şərait yaradacaq:
“Eyni zamanda, federasiyaların birgə təşkilatçılığı ilə beynəlxalq yarışlar da keçiriləcək”.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri keçirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin