Qurbanov: “İsveç komandaları ilə oyunlarımız həmişə gərgin keçib”

“Qarabağ” sabah Avropa Liqasının 2-ci turunda İsveçin “Malmö” klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı keçirilib. Qurbanov özünəməxsus oyun tərzi olan bir komanda ilə qarşılaşacaqlarını bildirib:

“Sabah vacib oyuna çıxırıq, azarkeşlərimizin önündə. Özünməxsus oyun tərzi olan bir komanda ilə qarşılaşacağıq. Hazırlığımız pis keçməyib, baxmayaraq ki, müəyyən problemlərimiz var.

Statistikaya baxsaq, yaxşı nəticələrimiz var. Amma İsveç komandalarıyla oyunlarımız həmişə gərgin keçib. “Malmö” fərqli təcrübəyə malik komandadır. Biz həmişə çalışmışıq ki, yaxşı oyunla yaxşı nəticə əldə edək. Bu gün baxırıq futbol o qədər inkişaf edib ki, istənilən ölkənin komandası yaxşı çıxış edir.

Belə oyunlara hazırlaşmağa çox vaxtımız olmur. Ümumilikdə bu gün və sabah vaxtımız var. Bu rəqib heç bir komandadan çəkinən komanda deyil. Onların fiziki qabaritləri həqiqətən üstündür. Amma bizim də müəyyən dəyişikliklərimiz olacaq, digər oyunlardan fərqli çıxış etmək planımız var.

Düzünü desəm, hələ ki, yeni forrmata uyğunlaşmamışıq. Bizim kimi ölkələrə az oyun olması daha çox sərf edir. Belə ki, bir var 3-4 komandanı analiz edəsən, bir də var ki, 36 komandanın hamısının çıxışını gözləyəsən. Amma hər bir halda, buna uyğunlaşmalıyıq. Məncə, belə dəyişikliklərin bizə, futbolçulara faydası dəyər. Belə deyim, bu format həm bizim, həm jurnalistlərinin işini çoxaldıb”.

“Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

“Köhlən atlar” Avropa Liqasının 3-cü turunda “Ayaks”la üz-üzə gələcək. Qarşılaşma oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button