“Airthings Masters”: Məmmədov Dommaraku ilə qarşılaşacaq
Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsinin birinci divizionunda növbəti görüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, birinci turda məğlub olan 35 yaşlı şahmatçı eyni aqibəti yaşamış hindistanlı Qukeş Dommaraku ilə qarşılaşacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq. Tərəflər dörd görüş keçirəcəklər. Rauf Məmmədov ötən gün ABŞ təmsilçisi Uesli Soya məğlub olub (1.5:2.5).
“Airthings Masters” fevralın 10-da yekunlaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin