“Airthings Masters”: Məmmədov mübarizəyə başlayır

Bu gün azərbaycanlı şahmatçı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsinin birinci divizionunda mübarizəyə start verəcək.

Komanda.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 1/4 finalda ABŞ təmsilçisi Uelsli So ilə qarşılaşacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq. Tərəflər 4 görüş keçirəcəklər. Qalib növbəti mərhələdə Qukeş Dommaraku (Hindistan) – Hikaru Nakamura (ABŞ) cütünün güclüsü ilə üz-üzə gələcək.

1/4 finalda həmçinin Maqnus Karlsen rusiyalı Aleksey Sarana ilə, İran əsilli Alireza Firuzca digər hindistanlı Arcun Eriqaisi ilə oynayacaq.

“Airthings Masters” fevralın 10-da sona çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button