AİJA qalibləri mükafatlandırdı – Mahirin anası Qurbanova təşəkkur etdi

Bu gün Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 2021-ci ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə ötən il müxtəlif nominasiyalar üzrə ən yaxşı seçilənlərə mükafatlar təqdim olunub. 2021-ci ilin ən yaxşıları arasında Komanda.az saytının baş redaktoru Rəşad Ergün də olub.

Tədbirdə “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, “Neftçi”nin kapitanı Emin Mahmudov, Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Mahir Emrelinin anası Elnurə xanım da iştirak edib. Emrelinin anası çıxış edərək, Qurban Qurbanova Mahirin üzərindəki əməyinə görə təşəkkürünü bildirib.

Mahir Emreli “Qarabağ”da Qurban Qurbanovun rəhbərliyi altında oynayıb, daha sonra Polşa “Legiya”sına, ordan da “Dinamo”ya transfer edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button