
AHF rəsmisi Avropa kubokunun oyununa təyinat alıb
Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin rəhbəri, beynəlxalq dərəcəli hakim-nümayəndə İsgəndər Əsgərov EHF Avropa kubokunun 3-cü mərhələsinin oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Türkiyənin “Üsküdar Bələdiyyə Spor Klubu” və Portuqaliyanın “Madeyra Andebol” komandaları arasında keçiriləcək görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 9-da İstanbulun Camlıca İdman Məktəbinin arenasında baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin