Ağsunun qaranlığa qərq olan stadionu – FOTO
AFFA-nın nəzdində olan Ağsu şəhər stadionu ilə bağlı şikayətlər var.
Bu stadionda rayon sakinləri tez-tez gecə gəzintiləri keçirir. Artıq çəkidən əziyyət çəkənlər, həkim məsləhəti ilə yürüyüş edənlər, pis vərdişlərdən uzaq qalmaq istəyənlər… Gecə gəzintisində ən çox yaşlı nəsil və xəstə sakinlər çoxluq təşkil edir. Amma…
Komanda.az xəbər verir ki, bir aya yaxındır stadionda işıqlandırma yoxdur, arenanın işıqları kəsilib. Qaranlığa qərq olan stadionun mühafizəçisi isə bildirib ki, sənəd problemi olduğu üçün işıqları kəsiblər (!). Maraqlıdır, bu, necə sənəddir ki, stadionu qaranlığa qərq edib?
Ümid edirik ki, aidiyyatı qurumlar fotolardan da göründüyü kimi, qaranlığa qərq olan stadionu və Ağsu şəhərinin sakinlərini aydınlığa çıxarmaq üçün lazım olan addımları atacaqlar.
Ağsu şəhər stadionunun açılışı 2011-ci ildə olub. Üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir.
Bizi Facebook-da izləyin