“Ağsu”nun baş məşqçisi: “Həmin futbolçuları komandadan uzaqlaşdıracağıq”
Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah”a məğlub olan “Ağsu”nun baş məşqçisi Zaur Əsədovun matçdan sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Əsədov 0:5 hesabıyla bitən görüşü belə şərh edib:
- Rəqibi təbrik edirəm. Çalışdığımız qədər istədik ki, müdafiədə etibarlı olaq. İlk hissədə hardasa bacardıq, ancaq ikinci hissədə təcrübəsizlik sözünü dedi.
- Oyundan əvvəl xoşagəlməz hadisələr yaşanmışdı…
- Bilirəm. Bu barədə futbolçularla danışmışdıq. Lazım gəlsə, aidiyyatı orqanlara müraciət edəcəyik. Bir də belə hadisə baş versə, həmin futbolçuları komandadan uzaqlaşdıracağıq.
- İki futbolçu da klubdan uzaqlaşdırılıb.
- Bu haqda rəhbərlik qərarını verib. Nəsə demək istəmirəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin