Ağırlıqqaldırma üzrə Azərbaycan kuboku keçiriləcək
Dekabrın 21-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan kubokuna start veriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından Komanda.az-a verilən məlumata görə, üç gün davam edəcək yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet yarışacaq.
Azərbaycan kubokunun təşkilində məqsəd ölkənin ağırlıqqaldırma üzrə ən yaxşı idman təşkilatları, ən yaxşı qadın və kişi idmançılarını, ümidverici ağırlıqqaldıranlar ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etmək, yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçməkdir.
Bizi Facebook-da izləyin