Ağırlıqqaldırma: Azərbaycan millilərinin yeni baş məşqçiləri açıqlanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan millilərinin yeni baş məşqçiləri açıqlanıb.

Komanda.az Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən rusiyalı Maxtı Makkayev kişilərdən ibarət yığmanın çalışdırıcısı təyin olunub.

O, uzun müddət Rusiya yığmasında işləyib, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Makkayevin tələbələri dünya, Avropa çempionatları, Yay Olimpiya Oyunları, digər beynəlxalq yarışlarda qalib və mükafatçı olublar. Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək.

Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar.

Sərdar Həsənov isə qadınlardan ibarət millinin baş məşqçisi olacaq. Ona Əfqan Bayramov kömək edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button