“Ağır səfərdən çox vacib qələbə ilə dönürük” – Rəşad Sadıqov

“Bu gün Olimpiadada ikinci qızıl medalımızı qazandıq. Təbrik edirəm. Bu, çox qürurvericidir. Eləcə də “Sabah” klubunu təbrik etmək istəyirəm. Bu gün çox güclü rəqibi mübarizədən kənarlaşdırdılar”.

Komanda.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda səfərdə “Dunayska Streda”ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Sadıqov qələbə münasibəti ilə futbolçularını təbrik edib:

“Ağır səfərdən çox vacib qələbə ilə dönürük. Mərhələni keçən tərəf bizik. İlk dəqiqələrdən sona kimi oyun nizam-intizamından qopmadıq. Çox vacib qələbə qazandıq. Azarkeşlərimizi, klub rəhbərliyini, futbolçularımı təbrik edirəm”.

O, “Şerif”ə məğlubiyyətdən sonra komandada hansısa bir ciddi dəyişiklik etmədiyini bildirib:

“Qırmızı vərəqə alana qədər “Şerif”lə oyunda da hər şey qaydasında idi. Nəyisə dəyişməmişik. Sırf psixoloji cəhətdən futbolçulara deyirdim ki, bircə onu düşünün ki, son 10-15 ildə 7 dəfə avrokubokların qrup mərhələsində oynayan komandaya səfərdə qalib gəlmişik, evdə də azlıqda qalana kimi hesabda öndə olmuşuq. Qırmızı vərəqədən sonra avrokubok matçlarında oynamaq çox çətin olur. Necə ki, bu gün rəqib son yarım saatda bu səbəbdən çətinlik çəkdi. Bu, hiss olunurdu. Qırmızı vərəqə olmasaydı, “Şerif”i keçməyə yaxın idik. Məyus olmamalı, yolumuza davam etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button